Dünya
"Qırmızı Xaç"a ÇAĞIRIŞ: "3500-dən çox meyitin Rusiyaya göndərilməsində bizə yardım edin"
Ukrayna rəsmi şəkildə Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib ki, döyüşlərdə öldürülən rus hərbçilərinin meyitlərini Rusiyaya göndərməkdə yardım etsin.
Bu barədə Ukrayna baş nazirinin müavini İrina Vereşyuk keçirdiyi mətbuat konfransında məlumat verib: "Hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə 3500-dən yuxarı rus hərbçisinin meyiti var. Biz onları dəfn edə bilmərik. Buna görə də Beynəlxalq Qırmızı Xaçdan xahiş etdik ki, meyitlərin Rusiyaya göndəriıməsində bizə yardım etsin. Bu, humanitar fəlakətin qarşısını ala bilər".
Ukrayna rəsmisi həmçinin bildirib ki, bununla işağala rəvac verən Rusiya rəhbərliyi rus xalqına yaşatdığı acının miqyasını anlayacaq: "Beynəlxalq Qırmızı Xaç, biz sizdən xahiş edirik, ən qısa müddətdə meyitlərin Rusiyaya göndərilməsini təmin etməkdə bizə yardımçı olun." (musavat)
-
Magazin123:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO



















.jpg)










