Dünya
Ruslar hücumun ikinci mərhələsinə hazırlaşır - Danilov
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov rusların genişmiqyaslı hücumun ikinci dalğasına hazırlaşdığını bildirib.
Publika.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
Danilov qeyd edib ki, Rusiya ordusu Kiyevi ələ keçirmək ümidini hələ də itirməyib və Dneprin mühasirəyə alınması üçün resurslar yaradır:
“Ukrayna ordusu layiqli cavab verir və bizim ruslar üzərində qələbəmiz hər keçən gün daha da yaxınlaşır. Lakin düşmən hələ də təhlükəlidir və genişmiqyaslı hücumun ikinci dalğasını hazırlayır. Kiyev, Xarkov, Mariupol, Nikolayev, Çerniqov və Odessa şəhərləri strateji əhəmiyyətini qoruyur. Düşmənin planı ətrafdakı əsas şəhərləri ələ keçirmək, Ukrayna Silahlı Qüvvələrini məhv etmək, mülki əhali üçün humanitar fəlakət vəziyyəti yaratmaqdır” - Danilov əlavə edib.
Bundan əlavə, o qeyd edib ki, Rusiya qüvvələrinin əsas diqqəti cənuba doğru yönəlib: “Onlar Ukraynanı Qara və Azov dənizlərinə çıxışdan məhrum etməyə çalışırlar və bu, onların fikrincə, Ukrayna müqavimətinin iqtisadi yarılmasına şərait yaradacaq. Biz qələbə üçün ən çətin addımı atdıq, lakin işğalçıları məhv etmək və bütün Ukrayna torpaqlarını geri qaytarmaq üçün hələ çox iş görülməlidir”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

