Dünya
Rusiyadan şok Ukrayna ETİRAFI - Yayımladıqdan dərhal sonra sildilər
Rusiyada yayımlanan və Ukraynanın işğalını dəstəkləyən “Readovka” qəzeti Rusiya Müdafiə Nazirliyinin 13 414 hərbçinin öldüyünü, 7 mininin isə itkin düşdüyünü qəbul etdiyini bildirib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, qəzet internet saytında yayımladığı xəbəri qısa müddətdə silib.
Xəbərdə ölən rus hərbçiləri üçün “yerləri doldurulmayan itkilər” ifadəsi işlədilib.
Qəzet onu da yazıb ki, nazirlik Rusiyanın “Moskva” kreyserinin ekipajından 116 nəfərin həlak olduğunu təsdiqləyib. Gəmidə olan 100 nəfərin də itkin düşdüyü bildirilib.

Rusiya nəşri xəbərin sonunda müdafiə nazirinin müavini Aleksandr Fominin bu açıqlamasına yer verib:
“Hazırda döyüşlərin intensivliyi və savaş meydanında cəsədlərin əlçatmaz olması səbəbindən ölənlərin sayını hesablamaq çətindir”.
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu






















