Dünya
Putin Vahid Ələkbərovu "Vətənə xidmətə görə" ordeni ilə TƏLTİF ETDİ
Rusiya prezidenti Vladimir Putin Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Mükafat dövlət qarşısında xidmətlərinə, yanacaq-energetika kompleksinin inkişafına böyük töhfəyə və uzun illər vicdanlı əməyə görə verilib.
Vahid Ələkbərov 1950-ci il sentyabrın 1-də Bakıda anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. 1990-1991-ci illərdə SSRİ neft və qaz sənayesi nazirinin müavini, birinci müavini vəzifələrində çalışıb .
Ələkbərov aprelin 21-də “Lukoyl”un direktorlar şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, həmçinin şirkətin prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək qərarına gəldiyini bildirib. Ələkbərov 1993-cü ildən şirkətə rəhbərlik edir.
31 mart 2022-ci il tarixinə Ələkbərov “Lukoyl”un səhmlərinin 3,12%-nə aid səslərə sahib olub və onlara sərəncam verib. O, həmçinin səsvermə hüququna nəzarət etmədiyi “Lukoil” səhmlərinin 5,43%-nə münasibətdə faydalı iqtisadi marağa (benefisiar) (o cümlədən ailə etimadları və ya qarşılıqlı fondlar vasitəsilə) malik idi. Bununla belə, 2021-ci ilin payızında “Lukoyl”un avrobondlarının prospektində Ələkbərovun şirkətdəki payının 28,33% olduğu qeyd edilib.
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?





































