Dünya
Müharibənin taleyini həll edəcək TARİXİ QƏRAR: ABŞ TƏSDİQLƏDİ
Video əlavə olunub.
xxx
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılması haqqında qanun layihəsini təsdiqləyib.
Publika.az xəbər verir ki, iclas ABŞ qanunverici orqanının aşağı palatasının saytında yayımlanıb.
368 konqresmen təşəbbüsün lehinə, 57-si əleyhinə səs verib. Qanun layihəsi Senata göndəriləcək. Qanun yuxarı palata tərəfindən təsdiq olunarsa, imza üçün ABŞ Prezidenti Co Baydenə göndəriləcək.
Sənəd Kiyevə hərbi, iqtisadi və humanitar yardım üçün vəsaitin ayrılmasını nəzərdə tutur. ABŞ mediasının məlumatına görə, qanun layihəsi Ukrayna silahlı qüvvələri və milli təhlükəsizlik qüvvələri üçün təlim, avadanlıq, silah, maddi-texniki dəstək, təchizat və xidmətlər daxil olmaqla 6 milyard dollar təhlükəsizlik yardımı, o cümlədən qaçqınlara dəstək üçün 900 milyon dollar nəzərdə tutur. Eyni zamanda 8,7 milyard dollar iqtisadi yardım göstərmək və Ukraynada ictimai xidmətlərin işini maliyyələşdirmək, 5 milyard dollar isə Ukrayna və dünyanın digər ölkələrinə ərzaq yardımı üçün nəzərdə tutulub. Bundan əlavə, Avropadakı ABŞ qoşunlarının gücləndirilməsinə 3,9 milyard dollar ayrılacaq. Qanun layihəsində nəzərdə tutulan vəsaitin təxminən 8,7 milyard dolları "Ukraynada təcili ehtiyacların ödənilməsi üçün" İqtisadi Dəstək Fonduna yönəldiləcək.
Ağ Ev bu təşəbbüsün Nümayəndələr Palatasının təsdiqini alqışlayıb. "Bu qanun layihəsinə daxil edilən əlavə resurslar bizə Ukraynaya artilleriya və zirehli texnika kimi daha çox silah, eləcə də döyüş sursatları göndərməyə imkan verəcək. Onlar həmçinin arsenallarımızı doldurmağa və başqalarının ərazisində ABŞ qoşunlarına dəstək verməyə kömək edəcəklər" - Amerika Prezidentinin mətbuat katibi Cen Psakinin geniş yayılmış bəyanatında qeyd olunub.
Baydenin tələbi
Bu əlavə maliyyə üçün Konqresə sorğu daha əvvəl ABŞ Prezidenti Co Bayden tərəfindən göndərilib. O, qanunvericiləri onu dərhal təsdiq etməyə çağırıb ki, yaxın günlərdə müvafiq qanun layihəsini imzalaya bilsin. Bayden xəbərdarlıq edib ki, əks halda Birləşmiş Ştatlar tezliklə Kiyevə yardımı dayandırmağa məcbur olacaq, çünki Konqresin əvvəlki resursları praktiki olaraq tükənib.
Bayden ilkin olaraq Kiyevə əlavə 33 milyard dollar yardım istəyib. Daha sonra Amerika mediası bu məbləğin Konqresdə 40 milyard dollara qədər artırıldığını yazıb. Xüsusən də hərbi texnika ilə təminat üçün daha çox vəsaitin ayrılması təklif edilib.
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto



































