Dünya
Avro dəyər itirir
Avropa pulu dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1.13 məzənnəsi ilə dəyişdirilən avro artıq 1.04 kursunadək ucuzlaşıb: "Bu, avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir. Avronun ucuzlaşması daha çox sanksiyaların qarşılıqlı olaraq Avropa iqtisadiyyatına təsirləri ilə bağlı olsa da, dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas faktorlardandır. Bir tərəfdən enerji məhsullarının qiymətlərindəki artım real sektora təsirsiz ötüşmür. Digər tərəfdən, Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb. src="/storage/files/upload/6bebd906b11e9e4aac0cdff36373dc3e421f0f78.jpg" style="width: 472px; height: 295.787px;" class="fr-fic fr-dib fr-fil">
Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım qeydə alınıb. Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7.5 faizə yüksəlib. 2022-сi il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozanda ÜDM bu ilin birinci rübündə cüzi artıb. Bütövlükdə, müharibə uzanarsa, 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir. Müharibə uzandıqca avronun ucuzlaşması davam edəcək. Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görsənmir. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real görünmür. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz ki, avronun işləndiyi Avropa olaraq qalmaqdadır".
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik










.jpg)





















.jpg)