Dünya
Balkan marşrutu ilə Aİ-yə qanunsuz miqrasiya üç dəfə artdı
Avropa İttifaqına Balka marşrutu üzərindən qanunsuz miqrasiya bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə artaraq 40675 nəfər təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Avropa Sərhədlərinin Mühafizəsi Agentliyi (Frontex) yayıb. Təkcə may ayında qanunsuz miqrantların sayı 12088 nəfərə çatıb və onların əksəriyyəti Əfqanıstanla Suriya vətəndaşlarıdır.
Aİ qurumu qanunsuz miqrantların sayının kəskin artımının səbəblərini göstərməyib. Lakin qeyd edilib ki, Qərbi Balkan marşrutundan istifadə edən şəxslərin əksər hissəsi yeni gələnlər deyil, onlar regionda uzun müddətdən bəri yerləşən qaçqınlardır və Aİ sərhədlərini keçməyə indi cəhd ediblər. Bu ilin ilk beş ayında Aİ sərhədlərini keçən qeyri-qanuni miqrantların ümumi sayı isə 86 min 420 nəfər olub.
Qeyd edilməlidir ki, son aylarda Ukraynadan Aİ ərazisinə keçən 5,5 milyon qaçqına dair məlumatlar bu hesabata daxil edilməyib.
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
İdman12:47Qabırğaları sınıb ağciyəri deşilsə də, yarışı dayandırmadı - VİDEO



















.png)













.jpg)