Mərkəzi Asiyada Kreml-Pekin çəkişməsi: kartlar kimin əlindədir?
Bizi izləyin

Dünya

Mərkəzi Asiyada Kreml-Pekin çəkişməsi: kartlar kimin əlindədir?

"Mərkəzi Asiya uğrunda mübarizə genişlənir. Rusiya, Çin, Türkiyə, Avropa İttifaqı və ABŞ Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlığa can atırlar. Mərkəzi Asiya vacib bölgə olmaqla yanaşı, zəngin qaynaqlar və nəqliyyat yolları deməkdir".

Publika.azxəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Vaşinqton Mərkəzi Asiya ölkələri ilə 5+1 formatında təmsil olunan ölkələr - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan + Amerika Birləşmiş Ştatları əməkdaşlıqda maraqlı görünür:

"ABŞ dövlət katibi və onun müşavirləri mütədami olaraq bölgəyə səfərlər gerçəkləşdirirlər. Eyni zamanda, videoformat əsasında Mərkəzi Asiya ölkələrindəki həmkarlayla müxtəlif mövzuları müzakirə edirlər. Eyni üsuldan – 5+1 formatından Pekin də istifadə etməyə çalışır. Çinin xarici işlər naziri Van Yi bugünlərdə Qazaxıstana səfər edərək Mərkəzi Asiya ölkələrindəki həmkarlarıyla birgə konfrans keçirib. Mərkəzi Asiya ölkələrinin Çinlə sıx iqtisadi əlaqələri var. Bundan başqa Çin Mərkəzi Asiya ölkələrinin əsas ticarət tərəfdaşı və investorudur. Çin bunun qarşılığında Mərkəzi Asiya ölkələrindən ucuz neft və qaz alır. Buna baxmayaraq, təhlükəsizlik sahəsində Çin Mərkəzi Asiya ölkələrinin təminatçısı rolunda çıxış etmir. Mərkəzi Asiya ölkələrinin hər birinin fərqli təhlükəsizlik problemləri var. Misal üçün Qazaxıstanda yanvar ayında çaxnaşmalar baş verəndə Pekin müdaxilə etmədi. Halbuki, Rusiya Qazaxıstana Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının hərbçilərini göndərmişdi. Rusiya Mərkəzi Asiya ölkələrinə Çin qədər yatırım qoymayıb. Çin bu sahədə liderdir. Belə çıxır ki, Rusiya Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə cavahdeh olarkən, Çinin bu ölkələrdəki investisiyalarını da qorumuş olur. Bu Çinin işinə yayayır. Pekin Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə maliyyə xərcləmədən Rusiyanın hesabına bölgədəki yatırımlarını qorumuş olur. Digər tərəfdən Mərkəzi Asiya ölkələrinin vətəndaşları işləmək üçün Çinə deyil, Rusiyaya üz tuturlar".

Politoloq düşünür ki, Çinin özünün işçi qüvvəsinin ixracına ehtiyacı var:

"Çin Mərkəzi Asiya ölkələrinin nəqliyyat imkanlarından istifadə edərək Avropaya mal ixrac edir. Əvvəlki Rusiya yolu Ukrayna müharibəsinə görə Çin üçün o qədər də əlverişli deyil. Avropanın Rusiyaya qarşı sərt sanskiyaları Rusiyanın tranzit ölkə statusuni zəiflədib. Rusiya və Çin stateji tərəfdaş sayılsalar da, Mərkəzi Asiyadakı maraqlarında fərqli çalarlar var. Mərkəzi Asiya ölkələri iqtisadi zəmində Çindən asılı vəziyyətə düşdükcə, bu, Rusiyanın regional maraqları ilə üst-üstə düşmür. Çinin uyğurlara qarşı zorakı siyasəti Mərkəzi Asiya ölkələrinin türk dövlətlərində narazılıqla qarşılanır. Doğrudur, türk dövlətləri Pekinlə münasibətləri gərginləşdirməmək üçün bunu açıq səsləndirmirlər, amma etnik türklər olan uyğurlara qarşı zülm Mərkəzi Asiya ölkələrinin cəmiyyətlərində neqativ qarşılanır. Buna rəğmən, Pekinin uyğur siyasəti müsbətə doğru dəyişmir. Çinin Mərkəzi Asiyadakı layihələrində çinli işçi sayını artırması da bölgə ölkələrinin xoşuna gəlmir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm