Yaxın Şərq
Raci: İranın maraqları naminə yeni münaqişəyə cəlb olunmayacağıq
Livanın xarici işlər naziri Yusif Raci Yaxın Şərqdə vəziyyətin sabitliyinin pozulmasında İranı günahlandırıb.
Publika.az-ın "Al Arabiya"ya istinadən məlumatına görə, Raci bu barədə Küveytə səfəri ərəfəsində "Al-Rai" qəzetinə müsahibəsində bildirib.
Qurum rəhbəri Tehran öz siyasətini dəyişməyənə qədər regional böhranın davam edəcəyini bildirib.
Daxili siyasi vəziyyətdən danışan Raci qeyd edib ki, "Hizbullah" və onun bəzi müttəfiqləri hələ də dövlət strukturlarının bir hissəsinə nəzarət edir ki, bu da zəruri islahatların aparılmasına mane olur.
Nazir xəbərdarlıq edib ki, Livan hökumətinin və xalqının hərəkata münasibətdə səbri sonsuz deyil.
Raci həmçinin vurğulayıb ki, hakimiyyət Livanın İranın maraqları naminə yeni münaqişəyə cəlb olunmasına imkan verməyəcək.
O, ölkədə mümkün təxribatları və vəziyyətin sabitliyini pozmaq cəhdlərini istisna etməyib. Onun sözlərinə görə, Livan dövlətinə və ordusuna beynəlxalq dəstək var, lakin razılaşmaların icrası ləngiyir.
-
MDB15:10Dmitri Peskovun qızı ilk dəfə o görüntünü paylaşdı - FOTO
-
MDB14:03Rusiya 10-a yaxın ukraynalını öldürən Denisdən danışır
-
MDB13:40Rusiyaya kütləvi PUA hücumu: Bir gündə 1612 dron vuruldu
-
Ekologiya12:59Sabahın hava proqnozu açıqlandı
-
Magazin210:53Dünya şöhrətli rok ulduzu öldü – Koronavirusun fəsadları ilə mübarizə aparırdı
-
İdman09:10Çempionun mülkü yandı - FOTO
-
Sağlamlıq08:48Qaraciyər üçün faydalı olan üç məhsul - Tərkibində nələr var?
-
ABŞ08:24“Qırmızı fənərlər məhəlləsi”ndə atışma - Ölən və yaralananlar var





































