Dünya
İranda hərbi bazaya dron hücumu oldu - FOTO
Tehranın qərbində yerləşən və SEPAHA-a məxsus “Şəhid Hemmət” hərbi bazası hücuma məruz qalıb.
Publika.az">Publika.az “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir ki, bu barədə Küveytin “Əl-Qəbəs" qəzeti öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, hadisə cümə günü gecə saatlarında baş verib.
Hücumun hədəfinin ballistik raketlərin və uzaqmənzilli raketlərin layihələndirilməsi və istehsalı ilə məşğul olan tədqiqat mərkəzlərinin olduğu bildirilir. Belə ki, bu yaxınlarda həmin hərbi bazada ballistik raketlərin mühərriki sınaqdan keçirilib.
Güman olunur ki, bu hücum İran ərazisindən və adıçəkilən bazadan 10 km məsafədən qalxan dronlar vasitəsilə həyata keçirilib. Ekspertlər hesab edirlər ki, qeyd edilən dronlar xaricdə hazırlanıb, ayrı-ayrı hissələr şəklində gizli şəkildə İrana keçirilib və ölkədə yığılıb.
Həmçinin, məlumatlı mənbələr xəbər verir ki, şənbə günü İranın müdafiə naziri Məhəmməd Aştitani ciddi təhlükəsizlik tədbirləri altında sözügedən bazaya baş çəkib. Çox güman ki, o, bazaya, xüsusilə onun raket tədqiqat mərkəzlərinə endirilən zərbələri qiymətləndirmək üçün gəlib.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi






























.jpg)


