Dünya
İntim foto və video oğurlayana SƏRT CƏZA VERİLDİ
ABŞ məhkəməsi iCloud-un parollarını sındıraraq oradan minlərlə intim foto və video oğurlayan 41 yaşlı amerikalı Hao Ku Chini 9 il azadlıqdan məhrum edib.
Publika.az xəbər verir ki, Çi uzun illərdir iCloud-dan intim fotoları oğurlayaraq qurbanları şantaj etməklə məşğul olub.
O, şantaj üzrə ixtisaslaşmış Anon-IB darknet forumunda çalışıb. Hekayənin qəhrəmanı icloudripper4you ləqəbi ilə çıxış edib və əsasən gənc qadınların yer aldığı foto və videolar dərc edib. İstintaqın məlumatına görə, bütün fəaliyyəti dövründə Çi 4700-ə yaxın hesabı sındırıb və 300 dəfədən çox oğurlanmış məzmun göndərib.
“Çinin qurbanları ölkə daxilində yüzlərlə qadın idi. O, onları öz təhlükəsizlikləri və nüfuzları üçün qorxudub. Bu hökm ABŞ Prokurorluğunun kibercinayətkarları cəzalandırmaq əzmini əks etdirir”, - amerikalı vəkil Rocer Handberq bildirib. (Teleqraf.com)
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi











.jpg)






















