Dünya
Edam edilən jurnalistin son çıxışı (FOTO)
Amerikalı jurnalist Stiven Sotlof çərşənbə axşamı
yayılan videoda “İslam Dövləti” (“İD”) qruplaşmasının terroristi
tərəfindən qətl olunmamışdan öncə ABŞ prezidenti Barak Obamanın
xarici siyasətini tənqid edib.
“Obama, İraqı zəbt etmək bəhanəsi amerikalıların həyatı və
maraqlarını qorumaq idisə, bəs niyə mən sizin müdaxilənizə görə
indi ağlayıram? Bəyəm mən ABŞ vətəndaşı deyiləm? Əvvəlcə “İD”lə
toqquşmalarda biz amerikalı vergi ödəyicilərinin milyardlarla
dollarlarını xərclədik və minlərlə əsgər itirdik, bəs xalqın
yenidən başlayan müharibədə marağı nədir?”- deyə jurnalist
bildirir.
“Mən xarici siyasətdən az anlayıram, amma mən o zamanları yaxşı
xatırlayıram ki, siz seçkilərdə heç bir qələbənizi İraq və
Əfqanıstandan əsgərlərin qaytarılması və Quantanamonun bağlanması
sözü vermədən keçirmisiz. Hazırda Obama, sizin vaxtınızın
(prezident dövrünün) bitməsinə az qalıb, lakin yuxarıda
sadaladıqlarımdan heç birini etməmisiz. Siz yalanla bizi, amerika
xalqın açıq atəşə sürükləyirsiz”- deyə Sotlof əlavə edib.
Qeyd edək ki, bir çox işlədiyi nəşrlər arasında “Time” və “Foreign
Policy”-də olan Sotlof 2013-cü ildə Suriyada- Türkiyə sərhədini
keçəndən az sonra ələ keçirilib. Bundan bir neçə gün öncə isə yerli
KİV Sotlofun anasının “İD” liderlərinə oğlunun buraxılması xahişi
etdiyi videomüraciət yaymışdı.
Avqustun sonunda internetdə “İD” qruplaşması tərəfindən 2012-ci
ildə Suriyada ələ keçirilən amerikalı jurnalist Ceyms Foulinin
edamının videosu yayıldı. Yaraqlılar onda bildirmişdilər ki,
Foulinin edamı ABŞ-nin İraqa müdaxiləsi qərarının nəticəsidir və
Sotlofun həyatı bundan ABŞ prezidenti Barak Obamanın növbəti
qərarlarından asılı olacaq.
Daha sonra elə həmin ay Barak Obama Suriya üzərində kəşfiyyat
xarakterli uçuşların aparılmasına razılıq verərkən, zərbə endirmək
barədə hələki, qərar vermədi. Buna baxmayaraq Dövlət
Departamentinin nümayəndəsi Cen Psaki xəbər verdi ki, ABŞ Suriya
ərazisində “İD” mövqelərinə zərbə endirmək qərarı verdiyi halda
Dəməşqin razılığını gözləmək fikrində deyil.
/"Reuters"/
-
Dünya13:30
Stokholmda yenə Quran yandırıldı - VİDEO
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU