Dünya
Çörçillin erməni fotoqraf tərəfindən çəkilən fotoportreti oğurlandı, yerinə isə...
Ottavada Böyük Britaniyanın baş naziri Uinston Çörçillin ən məşhur fotolarından birinin orijinalı "Chateau Laurier" otelindən oğurlanaraq saxtası ilə əvəz edilib.
Publika.az xəbər verir ki, bu barədə "CTV News" məlumat yayıb.
"Nərildəyən Aslan" şəklini kanadalı fotoqraf Yusuf Karş 1941-ci ilin dekabrında siyasətçinin Kanada parlamentində İkinci Dünya Müharibəsi ilə bağlı çıxışından sonra çəkib. Çəkiliş dərhal əvvəl Karş Çörçillin siqarını götürüb və baş nazirin kameraya hirslə baxmasına səbəb olub.
Çörçill o zaman demişdi: "Siz hətta nərə çəkən aslanı belə bir fotoşəkil üçün yerindən tərpətməyə bilərsiniz".
Otel işçiləri fotonun səhv asıldığını və fərqli çərçivədə olduğunu görüblər. Araşdırmalar nəticəsində fotonun surəti ilə əvəz olunduğu məlum olub. Otel rəhbərliyi oğurluq barədə məlumatı olan hər kəsi yerli hakimiyyət orqanları ilə əlaqə saxlamağa çağırıb.
Yusuf Qarş erməni əsilli kanadalı fotoqrafdır. Metropolitan İncəsənət Muzeyi onu 20-ci əsrin ən böyük portret rəssamlarından biri adlandırır. Karş Uolt Disney, Ernest Heminquey, Martin Lüter Kinq, Pablo Pikassonun, Endi Uorholun, Kraliça II Elizabetin və digər şəxsiyyətlərin portretlərini çəkib.
Hüseyn İbadlı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO





























