Dünya
İraq parlamenti təsdiqlədi: ABŞ istədiyinə nail oldu
İraqda aylardır davam edən siyasi böhrandan sonra Heydər Əl-Abadinin qurduğu hökumət parlamentin təsdiqindən keçib.
Axar.az xəbər verir ki, şiələr, sünnilər və kürdlər arasında davam edən müzakirələrdən sonra yeni qurulan hökumətin prioriteti ölkə torpaqlarının təxminən 1/3-ni ələ keçirən "İraq Şam İslam Dövləti" terror təşkilatı ilə mübarizə olacaq. ABŞ hökuməti isə İraq məclisində təsdiqdən keçən bu məsələdən məmnunluğunu bildirib.
Yeni hökumətdə Baş nazir müavinləri sünni Saleh Əl-Mütləq və kürd, sabiq Xarici İşlər naziri Hoşyar Zəbari təyin edilib.
İraqın yeni Xarici İşlər naziri sabiq Baş nazir İbrahim Cəfəri, Neft naziri isə Adel Əbdül Mehdi olub.
Daxili İşlər və Müdafiə nazirləri isə hələ də təyin edilməyib. Heydər Əl-Abadi bu nazirlərin adlarının bir həftə ərzində açıqlanacağını qeyd edib.
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər