Dünya
"Red Bull"un sahibi VƏFAT ETDİ
"Red Bull"un sahibi Ditrix Matesçitz 79 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, faciəli xəbər barədə "Speedweek" məlumat yayıb.
Matesçitzin ciddi sağlamlıq problemləri əvvəllər məlum idi: o, uzun müddət ictimaiyyətə görünmürdü.
Kişi, xüsusən də "Porsche"nin "Red Bull Formula 1" komandasını satın almasının uğursuzluğundan sonra öz mövqeyini bildirmədi. Belə bir fikir var idi ki, komandanı satmaq ideyası məhz sahibinin xəstəliyi fonunda ortaya çıxdı. Lakin ölümün dəqiq səbəbi hələ açıqlanmayıb.
Matesçitz iki "Formula 1" komandası ilə birlikdə Avstriyanın "Red Bull Ring" dövrəsinə sahib idi. Bundan əlavə, 2006-2011-ci illərdə Amerika NASCAR seriyasında bir komandaya sahib idi.
Matesçitzin sərəncamında bir neçə futbol klubu da var idi. "Red Bull" həmçinin böyük idman yarışlarına ev sahibliyi edib.
Hüseyn İbadlı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO































.jpg)

.jpg)