Dünya
2021-ci ildəki ölümcül istilərin səbəbi məlum oldu
2021-ci ildə Sakit okeanın şimal-qərbini vuran həddindən artıq isti dalğa ilk olaraq Şimali Amerikadan minlərlə mil uzaqlıqda yaranıb. Fəlakətli hava fenomeninin mexanizmini İsveçrənin Sürix Atmosfer və İqlim Elmləri İnstitutunun alimləri aşkar ediblər.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Earth's Future” jurnalında dərc olunub.
Mütəxəssislər Oreqon, Vaşinqton ştatları və Kanadanın Britaniya Kolumbiyası əyalətlərinə təsir edən istilik dalğasının səbəblərini müəyyən etmək üçün xüsusi modeldən istifadə ediblər. Həmin vaxt temperaturun 40-50 dərəcəyə qalxması yüzlərlə insanın ölümünə səbəb olub.
Məlum olub ki, istilik dalğası Sakit okeanın şimalında, açıq dəniz üzərində yüksək rütubətin potensial enerji daşıyan hava kütlələrinin yaranmasına səbəb olduğu zaman artıb. Bu kütlələr "konveyer kəmərləri" kimi tanınan atmosfer axınları vasitəsilə minlərlə kilometr yol qət edərək Şimali Amerikanın qərbinə çatıblar. Sonra onlar spiralvari olaraq səthə düşüblər və potensial enerji istiliyə çevrilib.
Hava kütlələrinin şaquli genişlənməsi atmosferin daha yüksək təbəqələrindən əlavə istilik, üfüqi genişlənmə isə geniş coğrafi əraziyə təhlükəli dərəcədə yüksək temperatur gətirib. Müəlliflər deyirlər ki, həddindən artıq aşağı rütubətli torpaq da isti dalğasına səbəb olub. Nəmli torpaqlar sıx istiliyi yumşaldır və temperatur beş dərəcə selsi aşağı sala bilir.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO















.webp)













.jpg)


