Dünya
Baş nazir konstitusiyanın yenidən yazılmasını istəyir
Monqolustanın baş naziri Luvsannamsrein Oyuun-Erdene ölkədə konstitusiya islahatı aparmaq istədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Mpress" nəşri məlumat yayıb.
“1992-ci il konstitusiyası dinc sosial keçid kimi tarixi rolunu yerinə yetirdi. (...) İndi biz ötən 30 ili obyektiv dəyərləndirib, növbəti 30 ili necə yaşayacağımızı müəyyənləşdirməliyik”, - deyə o, “Siyasi, iqtisadi və hüquqi qərarlar – ictimai konsensus” adlı konfransda çıxışı zamanı bildirib.
Eyni zamanda, siyasətçi qeyd edib ki, 1992-ci il yanvarın 13-də qəbul edilən və Monqolustanı yarı prezident və yarı parlamentli respublika kimi müəyyən edən konstitusiyanın məqsədi humanist sivil demokratik cəmiyyət yaratmaq olub. “Monqolustan prezidenti ona böyük ümidlər bəsləyən xalq tərəfindən seçilir. Vədlərə əməl etməyə gəlincə, onun nə büdcəsi var, nə də kabineti. Bəzən onun Milli Təhlükəsizlik Şurası vasitəsilə hərəkət etməkdən başqa yolu qalmır”, - deyə Erdene izah edib və klassik parlament respublikasına keçidi müzakirə etmək lazım olduğunu qeyd edib.
O, islahat aparmağın üç yolu olduğuna da aydınlıq gətirib. Baş nazir ilk növbədə konstitusiyanın yenidən yazılmasını, mövcud olana dəyişiklik edilməsini və ya müəyyən qanunlara dəyişiklik edilməsini təklif edib. 2022-ci ilin dekabrında Monqolustanın prezidenti Uxnaaqiyn Xurelsux Monqol İmperiyasının orta əsrlər paytaxtı Karakoramın bərpası haqqında fərman verib.
Ayşən
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi































.jpg)

.jpg)