Dünya
Siyasi qütbləşmə sağlamlığa zərərli imiş
Şimali Karolina Universitetinin psixoloqları müəyyən ediblər ki, siyasi qütbləşmə (siyasi baxışlarda həddindən artıq fərqlilik) sağlamlığa mənfi təsir edir.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “The Journal of Health and Social Behavior” jurnalında dərc olunub.
Müəlliflər 4000-dən çox insanın siyasi baxışları, siyasi həyatda iştirakı, müxalif siyasi partiya ilə bağlı yaşanan emosiyalar və sağlamlıq vəziyyəti ilə bağlı sorğunun məlumatlarını təhlil ediblər.
Tədqiqatın nəticələrinin təhlili göstərdi ki, siyasətdə həddən artıq emosional olan və çox qütbləşmiş insanlar öz sağlamlıqlarını daha pis qiymətləndirirlər.
“Qarşı tərəfə qarşı inciklik, qarşı tərəfin üzvləri ilə münasibətdən aktiv şəkildə qaçmaq stresə səbəb olur. Bu, yəqin ki, sağlamlığın pisləşməsinin səbəbidir", - deyə alimlər qeyd ediblər.
Bununla belə, müəlliflər vurğulayırlar ki, iştirakçılar öz vəziyyətlərini özləri qiymətləndirirlər, ona görə də gələcəkdə daha obyektiv nəticələr əldə etmək üçün tədqiqatı təkrarlamağa dəyər.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























