Dünya
İraq müharibəsi regionda terrorizmi genişlədib - Ekspert
"ABŞ-ın İraqa hərbi müdaxilə həyata keçirməsindən düz 20 il ötür. Saxta arqumentlər (İraqın Kütləvi Qırğın Silhlarına malik olması və Səddamın Əl-Qaeda ilə əlaqəsi) hərbi müdaxilə üçün səbəb oldu və nəticədə İraq nəinki demokratikləşdi, ölkə, bugünə kimi izləri qalan xaos, təriqətlərarası münaqişə, terror və radikalizmi ağuşuna aldı. İraqda bugün də sosial-iqtisadi problemlər, radikalizm və terror ünsürləri qalmaqdadır".
Publika.az xəbər verir ki, bu sözləri beynəlxalq siyasət üzrə ekspert Soltan Zahidov deyib.
O, bildirib ki, İraq müharibəsi bütün Yaxın və Orta Şərq regionunda ekstremizm və terrorizmi genişlədib, yeni münaqişə ocaqlarının yaranmasına vəsilə olaraq, uzun sürəcək qeyri-sabitliyin əsasını qoyub.
"Üstəlik müharibənin siyasi-iqtisadi nəticələri ABŞ üçün də əlverişsiz oldu, desək, yanılmarıq. Müharibədə 2 trilyon dollardan çox pul xərcləyən ABŞ iqtisadiyyatı xeyli çətinliklər yaşadı (2008 böhranı), ABŞ-ın regiondakı və bütün dünyadakı nüfuzuna böyük xələl gəldi, İŞİD kimi radikal qruplaşmalar formalaşdı və üstəlik İraqda ABŞ-ın regiondakı ən əsas rəqibi İranın təsiri artmış oldu.
Müharibə nəticəsində 100 minlərlə insan həlak olmuş, milyonlarla qaçqın və məcburi köçkünlər yaranmışdı. Bütün bu olanlar İraq müharibəsində əslində, heç kimin qazanmadığını (bəzi şirkətlər və silah tacirləri xaric) göstərmiş oldu".
S.Zahidovun sözlərinə görə, hazırda da Rusiyanın Ukraynaya müdaxiləsi ilə oxşar addımlar atdığının şahidi oluruq.
"Saxta arqumentlər yaradılaraq ölkəyə genişmiqyaslı hərbi əməliyyat həyata keçirildi və nəticədə hər iki tərəfdən 150 mindən çox hərbçilər, minlərlə günahsız insanlar həlak oldu və üstəlik Ukrayna xarabalığa çevrildi. İraq müharibəsində Buşun müdaxilə üçün arqumentlərdən biri demokrariya və sabitlik idi. Putinin Ukraynaya müdaxilə arqumenti isə təhlükəsizlik və sülh oldu, hətta ən son çıxışında "Müharibəni onlar başlatdı, biz bitirməyə çalışırıq" deyə bildirdi.
Hər kəs öz arqumentini yaradır, özünü sülhsevər və ədalətin keşikçisi göstərməyə çalışır, amma nəticədə ölümlər, dağıntılar, iztirablar ərsəyə gəlir. Görünən odur ki, bir zamanlar (1-ci əsrdə) Kalqakın dediyi "Onlar səhralaşdırır və adını sülh qoyur" ifadəsi hələ də aktualdır. Dövlətlərin, insanların müharibə aparmaq, məhv etmək, qətl etmək zehniyyəti hələ də dəyişməyib və hadisələrin hazırkı inkişaf tempi bu zehniyyətin hələ uzun müddət, bəlkə də heç vaxt dəyişməyəcəyini göstərir",- deyə o, qeyd edib.
Ayşən Rəhim
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...