Levandovskinin sirrini açan polşalı gözəl: Onlar ölkələrində nəyə görə nümunədirlər?
Bizi izləyin

İdman

Levandovskinin sirrini açan polşalı gözəl: Onlar ölkələrində nəyə görə nümunədirlər?

Görünür, ulduz hücumçu Robert Levandovski yaxın vaxtlarda "Barselona"dan ayrılacaq. Mənbə isə kifayət qədər etibarlıdır - onun həyat yoldaşı.

“Görək bu mövsüm "Barselona"da necə keçəcək. Çünki açığını desək, böyük ehtimalla bu, həyat yoldaşımın klubdakı son mövsümüdür və bundan maksimum yararlanmaq lazımdır. Gəlin hər andan, hər oyundan, azarkeşlərlə hər görüşdən zövq alaq. Çünki bir gün bunlar artıq olmayacaq”, - deyə xanımı yanvarın sonunda verdiyi müsahibədə bildirib.

Gəlin indi onunla tanış olaq - Anna Levandovska (qızlıq soyadı Staxurska)

O, 1988-ci ilin sentyabrında Lods şəhərində anadan olub. Ötən payız 37 yaşı tamam olub. Polşalı gözəl Robertdən iki həftə kiçikdir.

Anna keçmiş peşəkar karateçidir, dünya, Avropa və Polşa çempionatlarının dəfələrlə mükafatçısı olub və qara kəmər sahibidir. Hazırda Anna dietologiya sahəsində tanınmış bloqerdir. O, sağlam həyat tərzini təbliğ edir, düzgün qidalanma ilə bağlı məsləhətlər verir və effektiv idman hərəkətləri haqqında məlumat paylaşır. Onun bir neçə kitabı, həmçinin şəxsi kosmetika və nutrisiologiya brendləri var.

Robert və Anna 2007-ci ildə Varşava Bədən Tərbiyəsi Akademiyasında təhsil alarkən tanış olublar. Həmin vaxt Levandovski artıq futbol oynayırdı, lakin Polşanın üçüncü liqasında Pruşkuv şəhərini təmsil edən "Zniç" klubunda çıxış edirdi.

Cütlük qısa müddətdə romantik münasibətə başlayıb. Hər ikisi idmanda uğur qazanırdı: Anna medallar əldə edirdi, Levandovski isə "Lex"lə müqavilə imzaladı. Bundan sonra Almaniyanın "Borussiya Dortmund" klubunun diqqətini cəlb etdi. 2010-cu ildə o, təkbaşına Dortmund şəhərinə yollandı. Bu isə məsafənin sevgini daha da möhkəmləndirdiyi nadir hallardan biri oldu.

22 iyun 2013-cü ildə cütlük ailə qurdu. Bu, "Borussiya"nın Çempionlar Liqasının finalında "Bayern"ə məğlubiyyətindən bir ay sonra baş verdi. Hücumçu bir il sonra məhz Münhen klubu ilə müqavilə imzaladı. Anna toy günü Levanın soyadını qəbul etdi və artıq təxminən 13 ildir ki, Anna Levandovska kimi tanınır.

Cütlüyün iki qızı var - Klara və Laura. Polşada Levandovskilər ailəsi nümunəvi hesab olunur. Onların ətrafında hətta ən kiçik qalmaqal belə olmayıb. Baxmayaraq ki, paparassilər buna cəhd ediblər. Onları bəzən “polyak Bekhemlər” də adlandırırlar. Müqayisə Devid Bekhem və Viktoriya Bekhem cütlüyünə istinadən aparılır. Robert və Anna tez-tez ictimai tədbirlərdə iştirak edir, jurnalistlərlə açıq ünsiyyət qurur və xeyriyyə fəaliyyəti ilə məşğul olurlar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm