Dünya
Nusra Cəbhəsindən Qərbə xəbərdarlıq
Suriyadakı Nusra Cəbhəsi ABŞ rəhbərliyi altında yaradılan beynəlxalq koalisiyaya qatılmaq istəyən müxaliflərə xəbərdalıq edib.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, Nusra Cəbhəsinin komandirlərindən Məhəmməd əl-Culani yayımlanan səs yazısında “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı yaradılan beynəlxalq koalisiyanı "şər müqaviləsi" kimi səciyyələndirib.
Onun szölərinə görə, Qərb və ABŞ İŞİD bəhanəsi ilə buradakı cihad alovunu söndürməyə və sərvətləri talamağa çalışır:
“Qərb və ABŞ guya müsəlmanlar zülmdən xilas etmək üçün gəlib. Əsəd 3 ildir ki, sünni xalqının başına ölüm yağdırıb, əsarətə məhkum edib, işgəncə verib, kimyəvi silahla hücum edib. Ölü və yaralı sayı 1 milyona çatıb. Bəs bu beynəlxalq sülh və təhlükəsizliyi pozmur?” Culani bu müharibənin qərbə də ziyansız ötüşməyəcəyini deyib: “Qərb müharibənin fakturasını ağır ödəyəcək, 100 il geriyə gedəcək. Nusra Cəbhəsi rejimlə mübarizəni davam edəcək”. Digər tərəfdən Hizbullahın Livanı vətəndaş müharibəsinə sürüklədiyini bildirən Culani müsəlmanları Şamdakı qardaşlarına yardım etməyə və Hizbullaha qarşı qalxmağa çağırıb.
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi
-
Sosial15:00Azərbaycanda balığa da vergi gəlir - Qiymətlər kəskin bahalaşacaq
-
Hadisə14:25İcra başçısı köməkçisini işdən çıxardı
-
MDB13:01"McDonald's" niyə Rusiya bazarına qayıtmayacaq?
-
Ekologiya12:40Şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
Sosial12:10Giriş iki manat, çay 20 manat…
-
Hadisə11:40Bakıda motosikletçilər dəhşətli qəza törətdilər: Ölən var - VİDEO






















.webp)










