Dünya
Ərəb Liqası barışıq istəyir
Ərəb Dövlətləri Liqası (ƏDL) Suriyadakı münaqişə tərəflərini hərbi hərəkətlərdən imtina və Qurban bayramı münasibətilə humanitar barışıq elan etməyə çağırıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın baş katibi Nabil al-Arabi bildirib.
"Biz münaqişənin bütün tərəflərini zorakılıq aktları və döyüş hərəkətlərini tamamilə dayandırmağa çağırırıq. Bu beynəlxalq humanitar təşkilatlara öz vəzifələrini yerinə yetirməyə və zərərçəkənlərə kömək etməyə imkan verəcək”, - deyə al-Arabi vurğulayıb.
Qeyd edək ki, Suriyada 2011-ci ilin əvvəlindən vətəndaş müharibəsi gedir. 2014-cü ilin avqustunda BMT-nin açıqladığı məlumata görə, Suriyada ölənlərin sayı 200 minə yaxındır.
Ömər Dağlı
-
Rəsmi xronika16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı
-
ABŞ16:08Tramp Pentaqona təcili göstəriş verdi: İrandan sonra hədəf bu ölkədir
-
Sosial16:04Azərbaycan və Rusiya AZAL təyyarə qəzası ilə bağlı razılığa gəldi
-
Sosial15:37Pensiyalarla bağlı yeni TƏKLİF
-
Sosial15:12Azərbaycanda uşaqlara bu adların qoyulması qadağan edilir
-
ABŞ14:05Kosmosda nüvə müharibəsi - ABŞ və Britaniya təcili hərəkətə keçdi
-
Sosial13:19İki idarə rəisini vəzifədən azad etdi
-
Maraq dünyası11:55Bu 3 bürc daha tez varlanır




































