Dünya
Qadın PKK-çıların başını kəsdilər – FOTOLAR / 18+
Suriyanın şimalındakı Kobani bölgəsində PKK-nın Suriya qolu YPG ilə İŞİD (İraq Şam İslam Dövləti) arasında davam edən toqquşmalar 17 gündür ki davam edir. İŞİD-in əsir götürdüyü 3 qadın PKK-çının başını kəsməsi əks-sədaya səbəb olub.
Publika.az xəbər verir ki, ABŞ-ın liderliyində
qurulan beynəlxalq koalisiyanın Suriyada İŞİD-ə qarşı təşkil etdiyi
hava hücumlarına rəğmən, terror təşkilatı Suriyanın kürd
bölgəsindəki Kobanini tamamilə işğal etmək üzrədir.
Dünən İŞİD-in Kobaninin ətraf məhəllələrinə girdiyi əks olunan
görüntülər sosial şəbəkələrdə terror təşkilatının üzvləri
tərəfindən paylaşılıb. Ən şiddətli toqquşmaların baş verdiyi gündə
İŞİD-in PKK-nın Suriya qolu olan YPG-nin 3 qadın üzvünü əsir
alaraq, onların başını kəsdiyini açıqlayıb.
Dəmirlərə keçirdikləri kəsik başları Suriyada İŞİD-in nəzarətindəki Hələb şəhərinin meydanında elə o cür də nümayiş etdiriblər. Mərkəzi İngiltərədə olan Suriya İnsan Hüquqları Müşahidəçiləri İŞİD-in Kobaniyə üç fərqli cəbhədən hücum etdiyini və kürdlərlə İŞİD yaraqlıları arasındakı toqquşmaların srağagün daha da şiddətləndiyini bildirib.
İŞİD axşam saatlarında Kobani şəhər mərkəzinə girmək məqsədi ilə əsas qüvvələrini cənub və şərq cəbhələrinə yerləşdirməklə üç cəbhədən hücuma keçib. Ağır silahların və tankların dəstəyi ilə həyata keçirilən hücumlar nəticəsində İŞİD xüsusi ilə cənub cəbhəsindən şəhər mərkəzinə sadəcə bir neçə yüz metr qalmışadək yaxınlaşıb. Terror təşkilatı şəhər mərkəzinə girərsə, Kobanidə İŞİD-ə qarşı döyüşən xalq və YPG qüvvələri küçə toqquşmalarına hazır olduğunu bildirib.
Vüsal Tağı
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA

















.jpg)


















