Ağ Ev Lavrova cavab verdi: Qorxursunuzsa...
Bizi izləyin

Dünya

Ağ Ev Lavrova cavab verdi: Qorxursunuzsa...

Ağ Ev Lavrova cavab verdi: Qorxursunuzsa...

Ağ Ev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinin gərginliyin daha da artmasına gətirib çıxaracağını iddia edən açıqlamalarına münasibət bildirib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

“Nazir Lavrova demək istədiyim ilk şey odur ki, əgər siz Ukraynanın hərbi potensialından qorxursunuzsa, o zaman qoşunlarınızı geri çəkib Ukraynanı tərk etməlisiniz”, - o deyib.

Kirbi bildirib ki, F-16-lar Ukraynanın uzunmüddətli müdafiə ehtiyaclarının bir hissəsi kimi təmin ediləcək. Söhbət Ukraynaya özünümüdafiə ehtiyaclarını ödəməyə kömək etməkdən gedir.

Lavrov daha əvvəl demişdi ki, Qərb guya müharibənin eskalasiyasını davam etdirməyə hazırlaşır. Xüsusilə, o, F-16-nın modifikasiyalarından birinin nüvə silahı daşımağa qadir olduğunu iddia edib.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm