Dünya
ABŞ narahatdır: Bu ölkə burnunun ucunda hərbi mərkəz yaradır
Çin və Kuba ilə bu ölkənin şimal sahilində ortaq hərbi təlim mərkəzi yaratmaq üçün danışıqlar aparır.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, ABŞ, ölkəyə bu qədər yaxın mərkəzə Çin əsgərlərinin yerləşdirilməsi və kəşfiyyat əməliyyatlarından narahatdır.
Rəsmilər deyirlər ki, mərkəzin yaradılacağı təqdirdə Çin qoşunlarının ABŞ-ın Florida ştatından cəmi 160 kilometr aralıda yerləşən Kubada olması "narahatlıq verəcək".
ABŞ kəşfiyyatının hesabatlarında Bayden administrasiyasının bu prosesi əngəlləmək üçün Kuba rəsmiləri ilə görüşdüyü bildirilsə də, Ağ Evdən mövzu ilə bağlı açıqlama verilməyib.
Digər tərəfdən ABŞ Dövlət Departamenti Antoni Blinkenin Çinə səfəri zamanı Pekin rəhbərliyinin Kubadakı kəşfiyyat fəaliyyətləri ilə bağlı ölkəsinin narahatlığını dilə gətirdiyini açıqlayıb.
Bildirilib ki, Kubada yaradılması planlaşdırılan mərkəzin Çinin “Project 141” təşəbbüsü çərçivəsində həyata keçiriləcək. Məlumdur ki, layihə çərçivəsində Çinin Kambocada dəniz postu, Birləşmiş Ərəb Əmirliklərində hərbi mərkəz və Cibutidə hərbi bazası var.
Ayşən
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
