Dünya
Şimali Koreya lideri haradadır?
Şimali Koreya Xalq Demokratik Respublikası üçün olduqca vacib bir tədbirə qatılmayan dövlət başçısı Kim Yonq Un, bir aydan çoxdur ki, ictimaiyyət qarşısına çıxmır.
Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Şimali Koreya Xalq Demokratik Respublikası lideri Kim Yonq Unun “yoxa çıxması” fərqli spekulyasiyalara yol açıb. Lakin Cənubi Koreya lideri onun hələ də vəzifəsini icra etdiyinə inandığını deyib.
Şimali Koreya Xalq Demokratik Respublikasını idarə edən iqtidar partiyasının yaranma ildönümündə dövlət adamları keçmiş prezidentlərin və eyni zamanda, Yonqun atası və babasının heykəlini ziyarət ediblər.
Ancaq Yonq Unun adı ziyarətə qatılanlar siyahısında olmayıb. Yonq üç ildə ilk dəfədir ki, anım mərasiminə qatılmayıb.
Dövlət başçısı sonuncu dəfə sentyabrın 3-də ictimaiyyət arasında görünüb.
Cənubi Koreya mətbuatı 31 yaşlı gənc liderin ağır xəstəliyə yoluxduğunu yazır.
Şimali Koreya dövlət televiziyası keçən ay Yonqun fiziki cəhətdən narahat olduğunu bildirib. Daha sonra liderin axsadığı hiss olunan videoları yayımlayıb.
Mətbuatda və sosial şəbəkələrdə Yonqun devrilib-devrilmədiyinə dair şayiələr yayılır. Lakin hələlik ortada dəqiq bir məlumat yoxdur.
Vüsal Tağı
-
Region19:1210 nəfəri öldürən şagirdin anası yenidən həbs edildi
-
Avropa19:00Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi - FOTO
-
Magazin218:24Türk məşhurların villaları uçurulacaq
-
Avropa17:30Qırıcı aviaşou zamanı qəzaya uğradı - VİDEO
-
Hadisə16:40Vəzifəli şəxs qəfil öldü - FOTO
-
MDB16:29Putin orduya əmr verdi: Kiyevə hücumlar dayandırılsın!
-
MDB15:47Məşhur italiyalı yazıçı Moskvanı ağız dolusu təriflədi: Gördüyüm ən müasir şəhərdir!
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar












.png)
















