Dünya
İŞİD-ə qoşulan qızlar hamilə qaldı
“Bizi axtarmayın. Allah üçün ölməyə gedirik”.
Publika.az “Sabah”a istinadən xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) üçün evdən qaçan qızlar haqqında şok xəbər var. Belə ki, İŞİD-ə qoşularaq cihad etmək istəyən və bunun üçün Avstriyadan Suriyaya gedən iki qızın hamilə olduğu iddia edilib. Bütün sosial şəbəkələrdə İŞİD yaraqlılarının manşet qızları vəziyyətinə düşən SəmraKesinoviç və Səbinə Səlimoviç Avstriyadan Suriyaya gedərək İŞİD qoşulub. Ailələrinə isə “bizi axtarmayın, allah yolunda ölməyə gedirik” deyə məktub yazaraq itkin düşən qızlar yenidən ortaya çıxıb.
“Daily Mail” qəzetinin verdiyi xəbər görə Bosniya əsilli avstriyalı qaçqın qızlar hamilədir. Çeçen yaraqlılarla evləndirildikləri iddia edilən qızlar bu şəxslərdən hamilə qalıb.
Avstriya mediasına açıqlama veərn xüsusi xidmət orqanının bir əməkdaşı isə ailələri ilə əlaqə saxladıqlarını, olduqları yeri tərk etmək istədiklərini və evə gəlmək istədiklərinin deyildiyini bildirib. Ancaq Avstriya Daxili İşlər Nazirliyinin sözçüsünün açıqlamasına görə artıq çox gecdir. Çünki, Avstriya ölkəni birdəfəlik olaraq tərk edən qaçqınların geri qayıtmalarını demək olar ki, mümkünsüz qılan qanunlara sahibdir.
Vüsal Tağı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir