Dünya
Liberiyada həkimlər tətilə hazırlaşır
Liberiyada həkimlər tətilə hazırlaşırlar. Publika.az xəbər verir ki, həkimlər Ebola xəstəliyi riskinə görə, viruslu xəstələrə baxan səhiyyə işçilərinə risk ödənişinin artırılmasını tələb edirlər.
Liberiya səhiyyə nazirinin müavini Tolbert Nyenswah deyib ki, tətil Ebola xəstəliyindən əziyyət çəkənlərə, xəstəliyə qarşı mübarizədə indiyədək əldə olunmuş irəliləyişə mənfi təsir göstərəcək. Ona görə də, hökumət tibb işçilərini fikrindən daşındırmağa çalışır. bununla belə oindiki mərhələdə onların tələblərinin yerinə yetrilməsinin mümkün olmadığı bildirilir.
Qeyd edək ki, Liberiyada Ebola xəstələrinə qayğı göstərən tibbi personalın orta maaşı 200-300 dollar olduğu halda riskə görə əlavə aylıq ödəniş hazırda 500 dollar təşkil edir. İşçilər isə aylıq risk ödənişinin 700 dollaradək qaldırılmasını tələb edirlər.
Liberiya Ebola epidemiyasına ən ağır dərəcədə məruz qalan ölkələrdəndir. Ebola xəsətəliyindən Liberiyada indiyədək 95 tibbi işçi ölüb, epidemiyadan dünyada ölənlərin sayı isə 4000-dən çoxdur.
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO


































