Dünya
Aparıcını canlı efirdə güllələdilər
Meksikada ictimai fəal Atilano Roman Tiradonu həftəlik radioverilişini apararkən öldürüblər.
Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, hadisə Sinaloa ştatının Masatlan şəhərində baş verib.
İki cinayətkar “Fiesta Mexicana” radiosunun inzibati binasına daxil olaraq, Tiradonu soruşublar. İşçilərdən biri deyib ki, Roman canlı efirdədir, gözləmək lazımdır. Lakin onlar gözləməyiblər. Qapını itələyərək zorla içəri daxil olublar.
Onlardan biri qapının ağzında qalıb, diğəri içəri daxil olaraq veriliş aparan Tiradoya tapançadan atəş açıb.
Güllələr onun baş və sinə nahiyəsinə dəyib. Aparıcını xəstəxanaya aparsalar da, o, yolda keçinib.
Sinaloa ştatının rəhbərliyi bildirib ki, aparıcının canlı efir zamanı qətlə yetirilməsi hadisəsi Meksikada ilk dəfədir ki baş verir. Cinayətkarlar hadisə yerindən qaça biliblər. Ancaq onlar video kameralara düşüblər.
Polis axtarışları davam etdirir.
Tirado Meksikada kəndlilərin hüquqlarını qoruyan ictimai fəal kimi məşhur idi.
Oxşar qətl hadisəsi ötən il də baş vermişdi. Miçiokan ştatının parlamentinin deputatı Osvaldo Eskevil Lukatero jurnalistə öz şəxsi avtomobilində müsahibə verərkən 4 silahlı şəxsin hücumuna məruz qalmışdı. Cinayətkarlar jurnalistə dəyməsələr də, deputatı doğramışdılar.
İlqar
-
Magazin221:24Ədəbsiz görüntülərini pulla satan məşhur müğəni saxlanıldı - FOTO
-
Region20:00Məşhur türk aktyor evində ölü tapıldı - FOTO
-
Cənubi Qafqaz19:24Simonyan dostunun model qızı ilə evləndi - FOTO/VİDEO
-
Region19:1210 nəfəri öldürən şagirdin anası yenidən həbs edildi
-
Avropa19:00Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi - FOTO
-
Magazin218:24Türk məşhurların villaları uçurulacaq
-
Avropa17:30Qırıcı aviaşou zamanı qəzaya uğradı - VİDEO
-
Hadisə16:40Vəzifəli şəxs qəfil öldü - FOTO










.webp)





.png)














