Dünya
İŞİD daha beş kəndi ələ keçirdi
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqın qərbində olan Ənbar vilayətinin Hit rayonunun qərbində olan beş kəndi işğal edib.
Publika.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, İŞİD terror təşkilatı İraqın qərbində olan Ənbar vilayətinin 70 kilometr şimalında olan Hit rayonunun nəzarətini ələ keçirib. Terror təşkilatı 12 saat ərzində 3 cinahdan hücum etdiyi rayondakı 7 briqadanın 300 əsgərinin olduğu alayı da ələ keçirdiyi bildirilib.
Məsələ ilə əlaqədar açıqlama verən Ənbar şəhər məclisinin üzvü Adnan Fəhtavi “silah və say baxımından üstün olan İŞİD yaraqlıları yerli hüquq-mühafizə orqanlarının qüvvələrindən daha yaxşı vəziyyətdədir. Bunun üçün şəhər məclisi olaraq, Ənbar vilayətini xilas etmək üçün İraq mərkəzi hökumətini təcili və sürətli müdaxiləyə dəvət etdik” deyib.
Bir tərəfdən, yerli hüquq mühafizə orqanlarının əməkdaşlarının qaçmasından yararlanan İŞİD terror təşkilatı Hit rayonunun qərbindəki Bastamiyə, Səhliyə, Kəssarə, Hazrəc, və Dolap kəndlərinin nəzarətini ələ keçirib.
Terror təşkilatı Hit, Rave, Ane, Kaim, Fəllucə və Ramadinin ətrafına nəzarət etdiyi zamanda İraq əsgərləri isə havadan müdafiə bazası yerləşən Ramadinin Hadisə rayonunun nəzarətini əlində saxlamağa çalışır.
İŞİD Ənbar vilayətində möhkəmləndikdən sonra İraq hökumətinin nəzarətində olan başqa şəhərlərə də hücum etməyə başlayıb.
Vüsal Tağı
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO


































