Ermənilər Sərkisyanın və onun ətrafının istefasını tələb edirlər
Bizi izləyin

Dünya

Ermənilər Sərkisyanın və onun ətrafının istefasını tələb edirlər

Həm siyasi, həm də iqtisadi xarakter daşıyan etiraz mitinqləri sözün əsl mənasında Ermənistanın ən böyük şəhərlərini silkələyir. Xalq hərəkəti vassal dövlətin müxalifət güclərinin fəallığının verdiyi stimulla hər gün daha güclü olur. Müxalifət Qarabağ klanının cinayətkar dəstəsinin idarəçliyinə qarşı haqlı hiddətinin dalğasında aktiv konsultasiyalara başlayaraq 10 oktyabrda ölkə vətəndaşlarını ümumrespublika mitinqinə çağırdı.

Təyin olunmuş vaxtda ölkənin tamamilə kasıblaşmış minlərlə vətəndaşı dövlət əleyhinə şüarları aydın şəkildə oxuyaraq İrəvanın Azadlıq meydanını doldurdular. Ermənistan hakimiyyəti çox istəyərdi ki, yüksək ruh yüksəkliyi ilə keçirilən bu aksiya baş tutmasın. Amma rejimin istədiyi kimi olmadı, ermənilər yalan vədlərlə dolu pafoslu nitqləri daha eşitmək istəmirdilər. Halbuki, ölkəni idarə edən dəstənin ikiüzlü iddiasına görə, onlar mümkün olan hər şey edirlər ki, Ermənistan çiçəklənsin və vətəndaşların rifahl yüksəlsin. Ermənilər bu dəstənin əməllərinə daha dözmək istəmirlər, etiraz aksiyalarında iştirak etməkdən sadə erməniləri artıq heç nə dayandıra bilmir. Hansı ki, onları etiraz aksiyalarına müxalifət çağırır.

Necə varsa, elə də demək

“Ermənistanın müxalifətinin hərəkatı ümumxalq hərəkatına keçdi", - deyə 10 oktyabrda keçirilən mitinqdə çıxış edən Erməni Milli Konqressinin lideri, sabiq prezident Levon Ter-Tetrosyan bildirib.

Levon Ter-Tetrosyan özünün qısa fikrində açıq-aydın səhv etdi. Bu müxalifət bir vaxtlar xalq hərəkatının sürət yığan lokomotivinə badalaq vurmağa vaxt tapdı. Cinayətkar dəstə öz xalqını soyaraq onu yoxsulluğun ekstremal dərəcəsinə çatdıranda müxalifət harada idi? İnsanlar özünü doydurmaq üçün torpağını və ailəsini tərk edərək xaricə gedəndə müxalifət harada idi? Budur, məhz xalq artıq öz etirazını Qarabağ klanının idarəçiliyə ifadə edərək Ermənistanın ən böyük şəhərlərinin meydanlarından getmir. Müxalifət o zaman harada idi? Məlum deyil. Ancaq mitinqdə partiyaların rəhbərləri yüksək yerdə özlərini göstərir və pafos nitqlərlə çıxış edirdilər. Hərçənd orada faktlarla əsaslandırılmış həqiqətlər də deyilirdi.

Levon Ter-Petrosyan mövcud hakimiyyətin qeyri-legitim olması barədə məlum həqiqəti yenidən səsləndirdi: "Sərkisyan nə 2008, nə 2013-cü ildə seçildi. O, prezident kreslosunu saxtakarlıqlarla, zorakılıqla, siyasi təqiblərlə və on vətəndaşın həyatı bahasına tutdu. Ermənistan parlamentinin indiki tərkibi kütləvi pozuntularla formalaşdırılıb. Hakimiyyəti idarə edən quldur partiya parlamentin əksəriyyətini formalaşdırıb. Beləliklə, ordudan başqa heç bir qurum, o cümlədən ölkənin mövcud prezidenti və parlamenti legitim deyil”.

Ter-Petrosyan həmçinin qeyd etdi ki, hakimiyyət müxalifətin amansız tənqidinə məruz qalacaq. O, necə varsa, elə də adlandıracağına söz verdi: oğruları oğru, rüşvətxorları rüşvətxorlar, qatillər isə qatillər adlandırmaq.

Burada bir sual yaranır yaranır: Levon Ter-Petrosyan bu oğruların, rüşvətxorların və qatillərin əllərinə hakimiyyəti verməyə necə bacardı? Sabiq prezident ümumi emiqrasiyanın faktını etiraf etdi və söylədi ki, korrupsiya dəhşətli emiqrasiyanın səbəbi olub: “Dəhşətli emiqrasiyanı Qarabağ münaqişəsi ilə örtmək, əsl səbəblərini gizlətmək istəyirlər. Hətta Ermənistandan orta əsrlərlərdə sülh vaxtında kütləvi emiqrasiyaya yox idi. Deməli, heç bir başqa səbəb axtarmaq lazım deyil, əhalinin amansız soyğunundan başqa”.

Burada Ermənistanın sabiq prezidentin fikirləri ilə razılaşmamaq çətindir.

Hakimiyyətlə qeyri-rəsmi danışıqlar

Erməni Milli Konqresinin parlament fraksiyasının başçısı Levon Zurabyan Serj Sərkisyanın ünvanına tənqidi çıxış etdi. O, xüsusi olaraq 2008-ci il mart hadisələrində həlak olanlara görə dövlət başçısını ittiham etdi. Amma o, bir faktın üstündən keçdi ki, həmin vaxt “Çiçəklənən Ermənistan” Partiyası hakimiyyət tərəfində fəal çıxış edirdi. Zurabyan hesab edir ki, Ermənistan xalqının səbri tükənib və Serj Sarkisyanın bundan sonra hakimiyyətdə qalması ölkə üçün faciəli nəticələrlə sonuclana bilər. L.Zurabyan bildirir ki, ən sürətli şəkildə dövlət başçısının istefası yeganə çıxış yoludur.

Müxalifətin liderlərinin ifşaedici nitqlərindən ruhlanan ermənilər aydın şəkildə oxumağa başladılar: "İndi-indi”. Mitinq iştirakçıları hakimiyyətə qarşı təxirə salınmadan sərt əks-təsirə başlamağı tələb edirdilər.

Levon Ter-Petrosyan bildirdi ki, xalqın arzusu müxalifət rəhbərliyinin niyyətlərinə uyğun deyil. Müxalifətin bəzi hərəkətlərinə əsasən fərz etmək olar ki, onlar hakimiyyətlə qeyri-rəsmi danışıqları aparırdılar. Birincisi, var gücü ilə göstərməyə çalışırdılar ki, Rusiya ilə münasibətlər və Avrasiya İqtisadi İttifaqa Ermənistanın girişi bu mitinqin mövzusu deyil. İkincisi, çıxışlar zamanı fikir səsləndi ki, əgər hakimiyyət ehtiyatlılıq nümayiş etdirərsə, o halda əməkdaşlıq mümkündür. Və nəhayət mitinqin təşkilatçıları mitinqdə iştirak edənlərin hakimiyyətə qarşı təxirə salınmadan sərt əks-təsirə başlamağı barədə tələbi ilə razılaşmadılar.

Get!

Mitinq müxalifət arasında fikir ayrılıqlarını göstərdi. Baxmayaraq ki, "Çiçəklənən Ermənistan" Partiyası və Erməni Milli Konqresi Rusiya ilə münasibətlər və Ermənistanın Avrasiya İqtiasadi İtttifaqına daxil olması mövzusundan mitinq iştirakçılarının diqqətini yayındırmağa çalışırdı. Amma onlara buna müvəffəq olmadı. Daha doğrusu, buna onların silahdaşı və “İrs” Partiyanın lideri Raffi Ovannisyan imkan vermədi. Raffi Ovannisyan Minskdə imzalanan müqavilənin müstəqilliyə milli maraqlara xəyanət adlandırdı. O, əlavə etdi ki, xalq müxalifət güclərinin ətrafında birləşməli və Sərkisyana deməlidir: Sənin saatın durdu, get. Olduqca ağıllı fikirdir, doğru deyilmi?

Gizli ümidlər

Mitinqdə hakimiyyətə qarşı təxirə salınmadan sərt əks-təsirə başlamaq üçün tələsməmək barədə qərar niyə qəbul edilmişdi? Belə fikrə gəlmək olar ki, müxalifətin liderləri hakimiyyətin Sərkisyan tərəfindən onlara ötürüləcəyinə ümid edirlər. Bu, hər şeydən əvvəl “Çiçəklənən Ermənistan” Partiyanın lideri Qaqik Sarukyanı maraqlandırır. Prezident seçkilərində öz namizədliyinin irəli sürüləcəyi barədə Qaqik Sarukyanın bəyanatını təhlil edən erməni politoloqları bildirirlər ki, “Çiçəklənən Ermənistan” lideri bu üçlükdə ən həlledici amildir. Həm maliyyə, həm də təşkilatı planda. Növbədənkənar seçkilər olmayacaq, çünki Sarukyanın da 2018-ci il illə bağlı böyük ambisiyalar var.

Bununla belə, Sarukyan mitinqə çıxaraq prezidentə çatdırmaq istəyirdi ki, o, özünə prezidentliyə namizəd kimi baxır və Sarkisyan hakimiyyəti onun üçün tərk etməlidir. Mitinqdə Levon Ter-Petrosyanın davranışıda fərz etməyə imkan verir ki, hadisələrin belə variantı Ermənistanın birinci prezidentini tamamilə qane edir.

Beləliklə, erməni müxalifətinin liderləri həmçinin öz mənfəətini güdən maraqlarına görə narahatdır. Mitinq onlar üçün Sarkisyan və onun komandası qarşısında güc nümayişinə xidmət edirdi. Və növbəti mitinq daha böyük miqdarda narazı kütləni toplayacaq. Müxalifət niyyətinin ciddi olduğuna Qarabağ klanını inandırmalıdır ki, prezidenti müxalifətlə razılığa gəlməyə tələsdirsin.

Erməni xalqı necə olacaq? Onlar yenə də sözün əsl mənasında başıbəlalı xalq statusunu daşımaqda davam edəcəklər.

Fuad Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm