Rusiyanın düşməni kimdi? - SORĞU
Bizi izləyin

Dünya

Rusiyanın düşməni kimdi? - SORĞU

Levada mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən respondentlərin 70 faizdən çoxu Qərbi Rusiyanın düşməni hesab edir.

Publika.az xəbər verir ki, sorğuda iştirak edənlərin 79 faiz ABŞ, Almaniya, Yaponiya, Britaniya və bu kimi Qərbin digər aparıcı ölkələrini Rusiyanın düşməni adlandırıb.

Respondentlər həmin ölkələrin öz problemlərini Rusiyanın hesabına həll etməyə çalışdığı deyib. Sorğu iştirakçıları fürsət düşən kimi onların Rusiya maraqlarına zərbə vuracağını hesab edirlər.

Respondentlərin yalnız 8 faizi ABŞ və Avropa ölkələrinin Rusiyanın maraqları ilə hesablaşdığını zənn edir.

Sosioloqların qeyd etdiyi kimi, əhalinin ABŞ və Avropa İttifaqına neqativ hissləri sorğuların keçirilməyə başlanmasından bəri ən zirvə nöqtəsinə çatıb.

Çinə münasibətdə isə bunun tam əksi müşahidə edilib.

Sorğu iştirakçılarının 19 faizi Rusiya ilə Çin arasında münasibətləri dostluq, 25 faizi qonşuluq, 35 faizi isə normal münasibətlər kimi səciyyələndirib.

Buna baxmayaraq respondentlərin 66 faizi Rusiya ilə ABŞ və digər Qərb ölkələri arasında münasibətlərin yaxşılaşmasının tərəfdarı olduqlarını bildiriblər.

Qeyd edək ki, Rusiya ilə Qərb ölkələri arasında münasibətlər Krımın ilhaqı və Ukraynanın şərqində hərbi münaqişə başladıqdan sonra pisləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm