Çexiyanın keçmiş naziri vəfat etdi
Bizi izləyin

Dünya

Çexiyanın keçmiş naziri vəfat etdi

Çexiyanın keçmiş naziri vəfat etdi

Çexiyanın keçmiş xarici işlər naziri, ilk prezident Vatslav Havelin ən yaxın adamlarından biri Karel Şvartsenberq vəfat edib.

Publika.az-ın məlumatına görə, bu barədə onu partiya sədri kimi əvəz edən Miroslav Kalousek "X" sosial şəbəkəsində bildirib.

Kalousek qeyd edib ki, 85 yaşlı Şvartsenberq təcili olaraq təyyarə ilə Vyana xəstəxanasına aparılıb. Xəstəxanaya yerləşdirmənin səbəbi, Çexiya mətbuatının yazdığına görə, iltihablı proses olub. Son iki gündə Şvartsenberq süni yuxu vəziyyətində olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm