Dünya
Dəhşətli terror aktı: ölənlərin sayı 20-yə çatdı - Yeniləndi
Kolumbiyanın cənub-qərbindəki Kauka departamentindəki Panamerika şosesində baş vermiş partlayış nəticəsində qurbanların sayı 20 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman "X"də bildirib.
"Hazırkı vəziyyətə görə, rəsmi hesabatda mülki əhali arasında 20 nəfərin - 15 qadın və 5 kişinin həlak olduğu qeyd olunur, onların hamısı yetkinlik yaşına çatmış şəxslər idi. 36 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan üçü hələ də reanimasiyadadır", - deyə o qeyd edib.
***
Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində ağır terror aktı törədilib.
Publika.az xəbər verir ki, bu barədə departament qubernatoru Oktavio Qusmanın "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, partlayış ölkənin əsas nəqliyyat arteriyalarından biri olan Panamerika şosesində baş verib.
İlkin məlumatlara əsasən, silahlılar sərnişin avtobusuna partlayıcı maddə ilə dolu silindr atıblar. Hadisə nəticəsində 7 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Qubernator qeyd edib ki, güclü partlayış dalğası ətrafdakı digər nəqliyyat vasitələrinə də ciddi ziyan vurub və yolda dərin çuxur yaradıb.
Oktavio Qusman baş verənləri "terrorun eskalasiyası" adlandıraraq hökumətdən qətiyyətli tədbirlər görməyi tələb edib. Hazırda magistral yolda hərəkət tamamilə dayandırılıb.
Hüseyn İbadlı
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi
-
Sosial06:46Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj
-
ABŞ03:18Tramp bu dəfə Obamaya söz atdı
-
Qoroskop01:40Günün ulduz falı: üzünüzə şans qapısı açılacaq
-
Magazin124 May 20:46Azərbaycanlı müğənni 3-cü dəfə evlənir
-
İdman24 May 20:18Portuqaliyalı baş məşqçi Azərbaycan klubundan ayrıldı - Haqqımda xəbər yayılmışdı ki...












.jpg)






















