İdman
Dünyanın ən bahalı klubları açıqlandı
“Real” “Sportico” portalının reytinqinə əsasən dünyanın ən bahalı futbol klubu seçilib.
Publika.az xəbər verir ki, “kral klubu”nun dəyəri 7,7 milyard dollar qiymətləndirilib. Bu göstərici ilə Madrid təmsilçisi “Barselona”nı (6,65 milyard dollar) və “Mançester Yunayted”i (6,47 milyard dollar) geridə qoyub.
İlk onluqda İngiltərə Premyer Liqasının 6 təmsilçisi yer alıb. Eyni zamanda, ilk 50-likdə ən çox klub ABŞ-ın MLS liqasını təmsil edir – 18 komanda.
Reytinq klubların televiziya yayım hüquqlarından, reklam və kommersiya fəaliyyətindən, həmçinin bilet və abunə satışlarından əldə etdiyi gəlirlər əsasında tərtib olunub. Transfer gəlirləri isə nəzərə alınmayıb.
Dünyanın ən bahalı 10 klubu:
“Real Madrid” (La Liqa) – 7,7 milyard dollar
“Barselona” (La Liqa) – 6,65 milyard dollar
“Mançester Yunayted” (Premyer Liqa) – 6,47 milyard dollar
“Bavariya” (Bundesliqa) – 5,78 milyard dollar
“Liverpul” (Premyer Liqa) – 5,74 milyard dollar
“Mançester Siti” (Premyer Liqa) – 5,7 milyard dollar
“Arsenal” (Premyer Liqa) – 5,43 milyard dollar
PSJ (Liqa 1) – 5 milyard dollar
“Çelsi” (Premyer Liqa) – 4 milyard dollar
“Tottenhem” (Premyer Liqa) – 3,5 milyard dollar
-
İqtisadi gündəm18:24Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək
-
ABŞ17:10Meloni ABŞ-a rədd cavabı verdi - Tramp
-
Sağlamlıq16:44Ürəyində problem olanların nəzərinə - Suyu qədərincə için!
-
Magazin115:33Flora Kərimova xəstəxanadan evə buraxıldı
-
Digər14:57Bu ölkə vizaların qiymətini beş dəfə artırdı
-
Digər13:43Boliviyada nümayişlərə görə fövqəladə vəziyyət elan edildi
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"







































