Dünya
Türkiyənin müdafiə sənayesi bu qədər artıb: "Baykar"dan inanılmaz yüksəliş
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı 2022-ci ilin 100 ən böyük müdafiə sənayesi şirkəti siyahısında türk şirkətlərinin yüksəlişi diqqət çəkib.
Publika.az xəbər verir ki, dörd türk şirkətinin yer aldığı siyahıda "ASELSAN" 60-cı, "Baykar" 76-cı, "TUSAŞ" 82-ci, "Roketsan" 100-cü yerdə qərarlaşıb. Türk şirkətləri 2022-ci ildə gəlirlərini bir əvvəlki ilə nisbətən yüzdə 22 artıraraq, cəmi 5 milyard 500 milyon dollar gəlir əldə edib.
Hesabatda siyahıya ilk dəfə daxil olan və 76-cı yerdə olan "Baykar"ın yüksəlişi xüsusilə diqqət çəkib.
Siyahının ilk 10-luğuna beş ABŞ, üç Çin, bir Britaniya və bir Rusiya şirkəti daxil olub. ABŞ-ın "Lockheed Martin" şirkəti isə birinci yerdədir. Dünya üzrə 100 ən böyük silah şirkətinin silah və hərbi xidmət satışları 597 milyard dollar təşkil edib. Tələb artsa da, 2021-ci ilə nisbətən real ifadədə 3,5 faiz azalma olduğu vurğulanıb.
Aysel Şahmar
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf
-
Ekopublika.az08:49Paytaxtda ev almaq istəyənlərin diqqətinə: qiymətlər kəskin dəyişəcək


































