Yaponiya təsdiqlədi: PKK terror təşkilatıdır
Bizi izləyin

Dünya

Yaponiya təsdiqlədi: PKK terror təşkilatıdır

Yaponiya təsdiqlədi: PKK terror təşkilatıdır

Yaponiyanın Ankaradakı səfirliyi terror təşkilatı PKK-nın Yaponiya İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsinin (PSIA) terror təşkilatları siyahısına daxil edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, səfirlikdən verilən açıqlamada, PSİA-nın beynəlxalq terror təşkilatları siyahısının yer aldığı internet saytının bir neçə gün əvvəl yeniləndiyi və daha əvvəl siyahıya daxil edilməyən PKK-nın da siyahıya əlavə edildiyi bildirilib.

"Yaponiya hökuməti PKK-nı 2002-ci ildən etibarən aktivləri dondurulmalı olan terror və bənzər təşkilatlar sırasına daxil edib və PKK-nın həyata keçirdiyi terror aktlarını pisləyib"-açıqlamada vurğulanıb.

“Yaponiya hökumətinin bu siyasətində heç bir dəyişiklik yoxdur”.

PSIA-nın “Beynəlxalq Terrorun 2022 Vəziyyəti” cədvəlində 2022-ci ilin noyabrında PKK-nın İstanbulun İstiqlal küçəsində həyata keçirdiyi hücumun təfərrüatları da yer almışdı.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm