Dünya
Alla Yazkova: “Hər an yeni Qarabağ müharibəsi başlaya bilər”
“Dağlıq Qarabağ münaqişəsinin həlli bir sıra xarici amillər üzündən çətin problemlə çevrilib. Parisdə razılıq əldə olunsa da, bu, güc tətbiqinin qarşısını almayacaq”.
Publika.az xəbər verir ki, bu barədə “Aralıq
Dənizi Mərkəzinin” rəhbəri, Avropa İnstitutunun eksperti Alla
Yazkova Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü
şərh edərkən deyib.
A. Yazkova münaqişə tərəflərinin bir-birinə qarşı sərt mövqedə
dayandığına diqqət çəkərək ilkin mərhələdə yanaşmaları
dəyişdirməyin vacibliyini vurğulayıb: “Xüsusilə son zamanlar güc
tətbiqi haqqında hərbi ritorika genişlənib. Vasitəçilər tərəfləri
sakitləşdirməyə çalışırlar, amma hər iki tərəfin bir-birini məhv
etmək üçün məqam gözlədiyi müşahidə olunur. Bu baxımdan, Paris
görüşü o qədər də əhəmiyyətli deyil. Bölgədə hər an yeni Qarabağ
müharibəsi ola bilər. Ümumi mənzərə bunu deməyə əsas verir”.
A. Yazkova Ermənistanın hazırda pis vəziyyətinə diqqət çəkib:
“Cənubi Qafqaz ümumiyyətlə mürəkkəb ərazidir. Avropaya enerji
resurslarının çatdırılmasında əsas yollar burdan keçir. Ermənistan
isə bütün bu proseslərdən təcrid olunub. O, öz məhsulunu ixrac edə
bilmir. Bunun üçün Gürcüstan yolu var idi. Amma Tiflisin Assosiativ
Sazişi imzalaması bunu çətinləşdirdi. İran marşrutu var. Amma
Tehranın Ermənistana görə Bakını qəzəbləndirəcəyini düşünmək yanlış
olar. Xüsusilə, İran əhalinin 3/2 hissəsinin azərbaycanlılar
olduğunu unutmamalıyıq”.
A. Yazkova regionda müharibə təhlükələrinə qarşı həll variantı kimi
Ermənistanın güzəştə getməsini göstərib. Onun sözlərinə görə,
İrəvanın güzəştə getməsi bu ölkənin çətin durumdan çıxmasına da
kömək edə bilər.
Asif Nərimanlı
-
Cənubi Qafqaz14:26Konstitusiyada Qarabağ olmayacaq, Qzoyan da buna görə istefa verəcək - Paşinyan
-
Nida Xəbər 13:34Nazir ona yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 12:54Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılacaq
-
Rəsmi xronika12:19İlham Əliyev Qlobal Bakı Forumunun açılışında çıxış etdi - YENİLƏNDİ
-
Dünya11:50Şok hesabat: ABŞ kəşfiyyatı İranla bağlı həqiqəti açıqladı
-
Region11:35İran rəsmən təsdiqlədi: Müctəba Xamenei yaralanıb
-
Kriminal10:44Gəncədə oğlu tərəfindən öldürülən vəzifəli şəxs imiş - TƏFƏRRÜAT/FOTO
-
Region10:28Ramzan Kadırov İrana qarşı çıxdı: Haqsızdır















.jpg)






















