İdman
Azarkeşlərin arzusu reallaşır: "Şokolad qutusu" genişləndirilir
Argentinanın “Boka Xuniors” klubu “La Bombonera”nın tutumunun artırılacağını açıqlayıb.
Publika.az xəbər verir ki, bu, arenanın tarixində ən böyük yenidənqurma layihəsi olacaq. İşlərin ümumi dəyərinin 50–60 milyon dollar təşkil edəcəyi bildirilir.
Layihə çərçivəsində stadionun tutumu 57 mindən 80 min tamaşaçıya qədər artırılacaq. Tikinti işlərinə 2026-cı il dünya çempionatı zamanı başlanılması planlaşdırılır və prosesin ən azı iki il davam edəcəyi gözlənilir.
“Stadion köçürülmür və yeni arena tikilmir. Mövcud stadion genişləndirilir və onun kimliyi qorunub saxlanılır”, - deyə “Boka Xuniors”un açıqlamasında qeyd olunub.
Arenanın rəsmi adı "Alberto X. Armando" stadionudur. Lakin o, daha çox “La Bombonera” adı ilə tanınır. Bu ad stadionun şokolad qutusunu xatırladan formasına görə verilib. Arena 1940-cı ildə Buenos-Ayresin La-Boka rayonunda istifadəyə verilib və onun genişləndirilməsi uzun illərdir azarkeşlərin əsas tələblərindən biri idi.
Hazırda klubun 126 min aktiv üzvündən yarıdan azı ölkə çempionatı və beynəlxalq turnirlərin oyunlarına bilet əldə edə bilir. Klub üzvü olmayan azarkeşlər üçün isə matçlara giriş mümkün deyil.
Heybət
-
Dünya20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika19:05Prezident Melonini belə qarşıladı - Video
-
Sosial18:40Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı
-
Sosial16:32Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
-
Sosial16:09Qaraheybətdə bədbəxt hadisə - Kursant öldü
-
Cənubi Qafqaz15:06Paşinyan elan etdi: Bu tarixdə Bakıya səfər etmək istəyir
-
İdman12:22Şakiranın konsertində Pikeni təhqir etdilər












.jpg)
















.png)


.jpg)




