Dünya
NATO Rusiya ilə münaqişəyə can atmır - Pentaqon
Şimali Atlantika Alyansı (NATO) Rusiyaya özünümüdafiəyə hazır olduğunu sübut etməyə çalışır, amma onunla silahlı münaqişəyə can atmır.
Publika.az xəbər verir ki, bu bəyanatla ABŞ-nin müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander çıxış edib.
NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya getmədən Qara dənizdə təhlükəsizliyi necə yaxşılaşdırmağı planlaşdırdığı ilə bağlı sualı cavablandıran S.Uollander deyib ki, alyans buna Madrid və Vilnüs sammitlərindən sonra liderlərin qərar və göstərişlərinə əməl etməklə nail olmaq niyyətindədir. NATO ölkələri Vilnüsdə alyansın şərq cinahında 300 min əsgər yerləşdirmək planını təsdiqləyib.
"Söhbət müdafiə imkanlarından gedir. Onlar NATO-nun özünü müdafiə edə biləcəyini nümayiş etdirmək üçün nəzərdə tutulub. Məqsəd çəkindirməkdir, Rusiya ilə müharibəyə təhrik etmək deyil", - deyə Pentaqon rəhbərinin köməkçisi bildirib.
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
































