Dünya
Türkiyə, Rusiya, Suriya və İran: Astanda nə baş verir?
Qazaxıstanın paytaxtı Astanada Suriya, Türkiyə, Rusiya və İran nümayəndə heyətlərinin iştirak etdiyi “Suriya” mövzusunda 21-ci Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb.
Publika.az xəbər verir ki, Qazaxıstanda “Suriya” mövzusunda Astana formatında 21-ci Yüksək Səviyyəli görüş başlayıb. Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Əhməd Yıldızın rəhbərlik etdiyi iclasda Rusiyanı prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, İranı isə Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş müşaviri Əli Əsgər Hacı təmsil edir.
İki gün davam edəcək danışıqlarda Birləşmiş Millətlər Təşkilatının (BMT), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Qızıl Xaç təşkilatının nümayəndələri də iştirak edəcək. İclasda Suriya administrasiyasını xarici işlər nazirinin müavini Bassam Sabbaq, müxalifəti isə Əhməd Tumanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev jurnalistlərə açıqlamasında ötən ilin iyununda keçirilən Astana danışıqlarının 20-ci raund görüşündən sonra bir çox problemlərin olduğunu bildirib:
“Yaxın Şərqdə gərginliyin artması, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi, Yəmən ətrafındakı vəziyyət, İsrail-Livan sərhədindəki təlatümlü vəziyyət kimi bir çox mövzu var. Bu səbəbdən Suriya danışıqlarının aparılmasının əhəmiyyəti artır”.
Suriya üzrə Astana görüşünün ikinci və sonuncu günündə əsas sessiyanın keçiriləcəyi və qarant ölkələrin birgə bəyannamə qəbul edəcəyi gözlənilir.
Aysel Şahmar
-
İqtisadi gündəm16:29Bu şirkətin dövlətə 4,6 milyon manat borcu var
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
























