Region
Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
"C-130"lar hazırda hələ də dünyanın 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur".
Publika.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər illik qiymətləndirmə iclasında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırarkən deyib.
Yaşar Gülər Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib:
"Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz 1964-cü ildən "C-130"lardan istifadə etməyə başlamışıq. O vaxtdan bəri belə bir qəza baş verməmişdi. "C-130"lar hazırda hələ də dünyanın düz 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur. Bu qəzadan sonra bütün "C-130" təyyarələrimizin hamısında yoxlamalar gücləndirilib. Bu yoxlamanı başa vurduqdan sonra təyyarələrimizdən istifadə etməyə davam edəcəyik".
"Qəzaya uğramış təyyarəmizin qara qutusu hələ də TUSAŞ-da (Türk Aerokosmik Sənayesi) araşdırılmağa davam edir. Qəza araşdırma qrupumuz da işlərini davam etdirir. Hələ ki, tamamlanmayıb. Təyyarəmizin qəza səbəbi ilə bağlı nəticə nə olursa olsun, bunu şəffaf şəkildə izahlı formada açıqlayacağıq", - deyə Gülər əlavə edib.
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı














.jpg)






















