UEFA-dan PSJ-yə şad xəbər
Bizi izləyin

İdman

UEFA-dan PSJ-yə şad xəbər

PSJ Çempionlar Liqasının pley-off mərhələsi öncəsi vacib üstünlük əldə edib.

Publika.az xəbər verir ki, klubun müdafiəçisi Lukas Hernandesin diskvalifikasiya müddəti UEFA-ya edilən apellyasiya şikayəti sonrası azaldılıb.

Fransalı futbolçu noyabrın sonlarında “Tottenhem”ə qarşı keçirilən və PSJ-nin 5:3 hesablı qələbəsi ilə başa çatan matçda qırmızı vərəqə aldığı üçün əvvəlcə üç oyunluq cəzaya məruz qalmışdı. Bu səbəbdən o, liqa mərhələsinin qalan oyunlarını buraxmalı idi.

Hernandes artıq “Atletik” ilə matçı (0:0) kənardan izləyib və yanvarda “Sportinq”lə səfər, eləcə də “Nyukasl”a qarşı ev oyunu üçün meydana çıxmayacağı gözlənilirdi.

Lakin UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi PSJ-nin apellyasiyasını qəbul edərək cəzanı iki oyuna endirib. Bununla da 2018-ci il dünya çempionu diskvalifikasiyasının yarısını artıq çəkmiş hesab olunur.

Beləliklə, Lukas Hernandes yalnız Lissabondakı oyunu buraxacaq, lakin “Nyukasl”a qarşı həlledici ev matçında komandasına kömək edə biləcək. Bu isə PSJ-nin qrupda ilk yeri tutmaq və turnirin həlledici mərhələlərinə yaxşı formada daxil olmaq planları üçün baş məşqçi Luis Enrike üçün ciddi müdafiə güclənməsi deməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm