Dünya
Fermer etirazı: Fransada hökumət geri addım atdı
Fransanın baş naziri Qabriel Attal fermerlerin uzun müddətdir ölkə daxilində davam edən etirazlarından sonra geri addım ataraq, fermerlərə 150 milyon avroluq dəstəyi ehtiva edən yeni tədbirlər paketi hazırlayıb.
Publika.az xəbər verir ki, Fransada fermerlər etirazları ilə hökuməti geri çəkilməyə məcbur ediblər. Qabriel Attal açıqlamasında deyib: "İndi bütün Avropada sual verilir: Kənd təsərrüfatımızın gələcəyi varmı? Təbii ki, cavab bəllidir".
Attal həll yolu tapılana qədər yeni pestisid qadağasının olmayacağını vəd edib.
Attal Fransanın AB-nin Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) ilə azad ticarət müqaviləsi imzalamasına qarşı çıxmağa davam edəcəyini təkrarlayıb:
"Fransanın bu müqaviləni qəbul etməsi müzakirə mövzusu deyil".
O, hökumətin yeni elan etdiyi tədbirlərin ərzağın dəyərini bərpa etmək və fermerlərin gəlirlərini artırmaq, onları haqsız rəqabətdən qorumaq və gündəlik həyatlarını asanlaşdırmaq məqsədi daşıdığını bildirib.
Attaldan sonra danışan Kənd Təsərrüfatı Naziri Mark Fesneau fermerlərə kredit vermək üçün 2 milyard avroluq bir paket açıqlayıb.
Roza Şəfiyeva
-
Region10:59Məşhur partiyanın qurultayı ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var
-
Region09:45Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
-
Ekopublika.az08:45Qurbanlıq heyvan bazarında son vəziyyət: Qiymətlər nə qədər artıb? - Video
-
ABŞ08:30Pentaqon rəsmilərinin həftəsonu planları ləğv edildi - İrana hücum başlayır
-
ABŞ07:55Nyu-Yorkda dəhşətli partlayış - Ölən və çoxlu sayda yaralı var
-
Nəqliyyat07:35İctimai nəqliyyatda ödənişlə bağlı yeniliklər olacaq - Video
-
Magazin105:45Hüseynin yeni “Lamborghini”si - Foto
-
ABŞ05:15Trampdan oğlunun toyu ilə bağlı daha bir açıqlama






















.jpg)












