Magazin1
“Zaur əzik, bir maşına satılan kişi idi”
Əməkdar artist Lalə Məmmədova "Təhminə və Zaur" filmi ilə bağlı açıqlamasıyla gündəmə gəlib.
Publika.az xəbər verir ki, müğənni "Sevinclə danış" proqramında Zaur obrazını tənqid edib:
"Təhminənin həyatında məna Zaurun sevgisi olur. Televiziyada işə düzəlir. Amma onu ayaqda saxlayan sevgi olur. Zaur bizim "ata-ana uşağı" dediyimiz, həyatda daşı daş üstünə qoymayan, heç bir çətinlik görməyən, hər şeyin hazır qarşısına gəldiyi kişi cinsidir. Zaur Təhminənin sayəsində sevgi ilə tanış olur. Düşünür ki, cəmiyyətdə qəbul edilməyən qadının sevgisi budursa, görün qarşıda məni nə gözləyir. Ömrünün sonuna qədər Təhminənin sevgisi ona yara olur.
Övladımızın əziyyət çəkməsini istəmirik. Atam deyirdi ki, biz lampa işığında oxuyub bir yerə çıxmışıq. Zaurun da valideynləri müharibə dövrünü yaşamış adamlar idi. İstəmirdilər ki, övladları əziyyət çəksin. Tək övlad idi və ona hər şey hazır gəlirdi. Mənim üçün Zaur əzik obrazdır.
Qadının sevgisinin bünövrəsində güvən durur. Qadın kişiyə güvənməsə, o münasibət alınmaz. Təhminə sevgisini güvənsiz və əzik bir yerə vermişdi. Bir maşına satıldı. Onun aldığı cavab da bu oldu - atıldı... Qəbul etdirə bilərdi".
Qeyd edək ki, ekran işində Zaur obrazını Xalq artisti Fəxrəddin Manafov, Təhminəni isə aktrisa Meral Konrat canlandırıb. /Axşam.az
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)

.jpg)




.jpg)











.jpg)
.jpg)









.jpg)


