Çində mədəndə partlayış baş verdi: 8 nəfər öldü - Dağıntılar altında qalanlar var
Bizi izləyin

Dünya

Çində mədəndə partlayış baş verdi: 8 nəfər öldü - Dağıntılar altında qalanlar var

Çində mədəndə partlayış baş verdi: 8 nəfər öldü - Dağıntılar altında qalanlar var

Çinin Şansi əyalətində yerləşən kömür mədənində qaz partlayışı olub.

Publika.az xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə dağıntılar altında qalıb.

Partlayış zamanı mədəndə ümumilikdə 247 nəfər olub. İşçilərdən 201-i xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Hazırda dağıntılar altında qalan işçilərin xilas edilməsi üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm