Çilidə dəhşətli meşə yanğınları: 46 nəfər öldü
Bizi izləyin

Dünya

Çilidə dəhşətli meşə yanğınları: 46 nəfər öldü

Çilidə dəhşətli meşə yanğınları: 46 nəfər öldü

Çilinin mərkəzi və cənub hissələrini əhatə edən meşə yanğınlarında 46 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə ölkə prezidenti Qabriel Boriçin bəyanatında deyilir.

Latın Amerikası lideri bildirib ki, bu rəqəm artmaqda davam edəcək.

Daxili işlər naziri Karolina Toha yanğınlarla bağlı keçirdiyi mətbuat konfransında indiyə qədər 43 min hektar ərazinin yanaraq külə döndüyünü qeyd edib.

Çili Prezidenti Qabriel Boriç sosial media hesabında bölgədə fövqəladə vəziyyət elan etdiklərini bildirərək, yanğınlara müdaxilə etmək üçün bütün qrupların ölkənin mərkəzi və cənub bölgələrinə yönləndiriləcəyini deyib. O, yanğınlarla mübarizə üçün bütün texniki və insan resurslarına malik olduqlarını və fəlakətdən zərər çəkənləri tək qoymayacaqlarını bildirib.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Çilidə meşə yanğınları nəticəsində 27 nəfər həlak olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm