Dünya
“Üç Qardaş Alyansı” hücum etdi: 58 polis bu ölkəyə qaçdı
Myanmada silahlı qruplarla hərbi hökumət arasında qarşıdurma zamanı 58 sərhəd polisi Banqladeşə sığınıb.
Publika.az xəbər verir ki, bu barədə Banqladeş Daxili İşlər Naziri Əsəduzzaman Xan Kamal mətbuata açıqlama verib. O, zabitlərin sığınacaq tələb etdikdən sonra saxlanıldığını və bu şəxslərin Myanmaya göndərilməsi üçün çalışdıqlarını bildirib.
Qarşıdurmalara görə sərhəddə təhlükəsizliyin artırıldığı barədə məlumatı paylaşan Kamal Banqladeş sərhədindən heç kimin keçməsinə icazə verməyəcəklərini bildirib.
O qeyd edib ki, bu səbəbdən Rohinca qaçqınlarının geri qayıtması prosesi gecikə bilər.
Banqladeş sərhəd təhlükəsizliyi rəsmisi də verdiyi açıqlamada sərhəd polisinin tərksilah edildiyini bildirib.
Qeyd edək ki, “Üç Qardaş Alyansı” adı altında bir araya gələn Myanma Milli Demokratik Alyansı Ordusu, Buddist Arakan Ordusu və Taanq Milli Azadlıq Ordusundan silahlı qruplar 27 oktyabr 2023-cü ildə Şan əyalətindən Myanma ordusuna qarşı hücuma keçib.
Roza Şəfiyeva
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO













.jpg)




















