Dünya
Rusiya: İsrail səfirinin bu bəyanatı təxribat xarakterlidir
Rusiya Xarici İşlər Nazirliyi İsrailin Moskvadakı səfiri Simona Halperinin Rusiyaya qarşı bəyanatlarının qəbuledilməz və təxribat xarakterli olduğunu bildirib.
Publika.az xəbər verir ki, Nazirlik Halperinin Rusiyanın "Kommersant" qəzetinə verdiyi müsahibədəki açıqlamalarını tənqid və təkzib edən bəyanat yayıb.
Müsahibədə Halperin “Beynəlxalq Holokostu Anma Gününün Rusiyada rəsmi olaraq elan edilmədiyini” bildirdiyi yazılan bəyənatda deyilir:
"İsrail səfiri müsahibədə Rusiyaya qarşı qəbuledilməz və təxribat xarakterli açıqlamalar verib. Yada salmaq yerinə düşər ki, ilk növbədə, 27 yanvar BMT Baş Assambleyası tərəfindən Rusiyanın təşəbbüsü ilə Beynəlxalq Holokostu Anma Günü elan edilib. Bu tarix təsadüfən seçilməyib. 1945-ci ilin eyni günü Qırmızı Ordu Polşadakı Osvensim-Birkenau həbs düşərgəsini nasistlərdən azad etdi. Bu məlumat səfirin açıqlamalarının absurd olduğunu göstərir".
Halperinin xarici işlər naziri Sergey Lavrovun Holokostla bağlı əvvəlki açıqlamalarını tənqid etdiyi vurğulanan bəyənatda aşağıdakılar qeyd olunub:
“Halperinin müsahibəsində Qızıl Ordu Əsgərlərinə aid abidələrin dağıdılmasının dövlət siyasəti səviyyəsinə çatdırıldığı Polşa, Çexiya və Baltikyanı ölkələrin adı belə çəkilmədi. Holokostu dayandıran əsgərlərin məzarları tez-tez dağıdılır. Səfir unutmamalıdır ki, onun Holokostla bağlı təkbaşına şərh vermək hüququ və yüksək mənəvi səlahiyyəti yoxdur”.
Roza Şəfiyeva
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...