Dünya
Fermerlər meydanda onun üçün dar ağacı qurdular - VİDEO
Fermerlərin Avropada vüsət alan aksiyasına polşalılar da qoşuldu. Onlar bu gündən ümummilli tətillərə başlayıblar.
Publika.az xəbər verir ki, etiraz nümayişi Bıqdoş şəhərində keçirilib. Fermerlər meydanda avropalı məmurlar üçün dar ağacları da qurublar.
Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb. Görüntülərdə asılmış müqəvvaların üzərində Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa komissarı Yanuş Voyçexovskinin fotoşəkillərinin olduğu görünür.
Qeyd edək ki, fermerlərin tətillərinin martın 10-dək davam edəcəyi gözlənilir. Onlar Ukrayna kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı, həmçinin Avropa Yaşıl Sövdələşmədən imtinanı tələb edirlər.
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?

































